Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

2 polis şəhid oldu, 2 terrorçu isə məhv edildi

104210_res_01Türkiyədə PKK-çılar polis bölməsinə hücum edib.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, Adana şəhərinin Pozantı qəsəbəsində PKK-çıların polis bölməsinə hücumu nəticəsində 2 polis şəhid olub, 2 PKK-çı isə məhv edilib.

İki terrorçu isə hadisə yerindən qaçmağı bacarıb. Öldürülən PKK-çıların birinin üzərində partlayıcı maddələr aşkarlanıb. Şəhid edilən polislərin kimliyi müəyyənləşib. Onların İsa İpək ve Sərdar Kazar olduğu bildirilib.

Dünən gecə saatlarında Şırnakın Dağkonak kəndində PKK-çılar və ordu arasında silahlı atışma baş verib. Baş verən atışma zamanı iki əsgərin yaralandığı bildirib.

Qeyd edək ki, son bir həftədə Türkiyədə PKK və İŞİD tərəfindən törədilən terror hadisələrində 60 yaxın adam həlak olub , yüzlərlə insan yaralanıb.

www.yenicag.az

151