!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2 saylı “ASAN Kommunal” Mərkəzi açıldı – Fotolar

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına və xanımına mərkəz barədə məlumat verdilər.

“ASAN kommunal” mərkəzlərinin yaradılması Azərbaycan Prezidentinin ötən il imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada 3 qurum – “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lərin hər biri üçün 10, “Azəriqaz” İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub.

Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb. Onu da deyək ki, bu il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı “ASAN kommunal” mərkəzində bu günədək 3200-dən artıq müraciət qeydə alınıb.

Yeniçağ.az

www.yenicag.az

2589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv