Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

20 polis işdən çıxarıldı - Artıq çəkiyə görə

Ötən il Tacikistan Daxili İşlər Nazirliyinin 20 əməkdaşı artıq çəkiyə görə tutduğu vəzifədən kənarlaşdırılıb.

Yenicag.az xarici KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ramazon Rahimzoda bildirib. Nazir qeyd edib ki, bununla bağlı əmr qüvvədə qalır. İşdən çıxarılan əməkdaşlara özlərini formaya salmaq üçün vaxt verilib. Onlar yalnız bundan sonra işə bərpa oluna bilərlər.

Nazirin sözlərinə görə, daxili işlər orqanları əməkdaşlarına yaxşı fiziki formada olmağın vacibliyi barədə dəfələrlə xəbərdar edilib. Hətta dekabrda çəkisi normadan çox olanlara bir ay vaxt verilib ki, artıq çəkini atsınlar. Arıqlamağa imkan tapmayanlar işlə vidalaşmalı olublar.

Bundan əlavə, DİN bütün əməkdaşları üçün boy və çəkinin uyğunluğuna dair normativlər müəyyənləşdirib. Məsələn, boy 170 santimetrdirsə, çəki 75 kiloqramdan çox olmamalıdır.

www.yenicag.az

1239
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM