!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“2000 nəfər rus sülhməramlısı bizim Ordu üçün təhlükə deyil” – Azərbaycanlı polkovnik

!Reklam – Yazi

“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə nəzarəti Türkiyə hərbçiləri həyata keçirəcək”.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanmış üçtərəfli anlaşmaya əsasən, Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingenti 1960 nəfər şəxsi heyətə, 90 zirehli transportyor, 380 avtomobil və xüsusi texnikaya malikdir.

Son sutka ərzində Qarabağa 414 rusiyalı sülhməramlı hərbçi və onlarla avtomobil və digər maşın, həmçinin 8 helikopter və pilotsuz uçan aparatlar yerləşdirilib. Ümumilikdə qruplaşma 1 960 atıcı silahlı hərbçi, 90 zirehli personal daşıyıcı, 380 avtomobil və digər texnikadan ibarət olacaq.

Rusiya sülhməramlı kontingentinə dövlət başçılarının birgə bəyanatında əks olunmayan helikopter və pilotsuz uçan aparatların daxil edilməsini Yenicag.az-a dəyərləndirən istefada olan polkovnik Şair Ramaldanov bildirib ki, məlum texnikaların Qarabağa yerləşdirilməsi Azərbaycan üçün hər hansı təhlükə yaratmır:

“Helikopter və pilotsuz uçan aparatlar kəşfiyyat məlumatı toplamaq üçün istifadə olunacaq. Təbii ki, bu gün hər yerdə dronlardan istifadə olunur. Bu texnikanın yerləşdirilməsində məqsəd sülhməramlı qüvvələrin fəaliyyətinə dəstək verməkdir.

Dağlıq ərazidə sülhməramlı heyətin bir yerdən digər yerə köçürülməsində və ya hansısa kritik vəziyyətə müdaxilə zamanı bu texnikalardan istifadə oluna bilər. Bütün hallarda sözügedən texnika Azərbaycan üçün təhlükə yaratmır.

Birincisi, 2000 nəfər rus sülhməramlısı Azərbaycan ordusu üçün təhlükə deyil. İkincisi, sülhməramlıların funksiyası, sadəcə, azərbaycanlı və erməni vətəndaşlarımız arasında hansısa xoşagəlməz vəziyyətlərin yaranmamasına nəzarət etməkdir.

Hazırda emosiyalar çox yüksəkdir və bu baxımdan, sülhməramlılar hansısa təxribatların qarşısını almaq üçün mövcuddur. Sülhməramlıların üzərlərinə düşən funksiyalardan kənar fəaliyyəti yolverilməzdir. Onların fəaliyyətinə nəzarəti isə Türkiyə hərbçiləri həyata keçirəcək. Rusiya sülhməramlılarının ərazidə ağır artilleriya yerləşdirməsi isə bəyanatda nəzərdə tutulmayıb”.

Gülşən Şərif

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv