Qurban Qurbanov: "Futbolçular qəbuledilməz səhvlərə yol verdilər"

media-hightechnic-468x90

Futbolçular “Zirə” ilə matçda qəbuledilməz səhvlərə yol verdilər.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:

“Baxımlı oyun alındı. Xüsusilə “Zirə” ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək”.

Qeyd edək ki, “Qarabağ” bu gün “Azərsun Arena”da keçirilən yoxlama oyununda “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600