Bu gün Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası baş tutub. İclasda gələnilki mövsümün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi gələn il də təqvimdə 21 Qran Pri yer alıb, amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ təsdiq olunmalıdır.
Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə bu gün təsdiq olunmuş versiya arasında bəzi dəyişikliklər var. Çin Qran Prisi mövsümün ilk yarışından 1 həftə deyil, 2 həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran Priləri də yerlərini dəyişiblər. Meksika Qran Prisi isə bu dəfə Braziliya Qran Prisi ilə qoşalaşıb.
Təəssüf ki, Bakıda keçiriləcək Avropa Qran Prisi yenə də Kanada Qran Prisindən cəmi bir həftə sonraya nəzərdə tutulub və həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.
Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq…(f-1.az)
Tarix | Qran Pri | Şəhər, tras |
24-26 mart | Avstraliya | Melburn, Albert Park |
7-9 aprel | Çin | Şanxay |
14-16 aprel | Bəhreyn | Saxir |
28-30 aprel | Rusiya | Soçi |
12-14 may | İspaniya | Barselona, Katalunya |
25-28 may | Monako | Monte Karlo |
9-11 iyun | Kanada (*) | Monreal, Jil Vilnöv adına tras |
16-18 iyun | Avropa | Bakı, Bakı Şəhər Halqası |
30 iyun-2 iyul | Avstriya | Şpilberq, Red Bull Rinq |
7-9 iyul | Böyük Britaniya | Silverstoun |
21-23 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
28-30 iyul | Almaniya (*) | Hokkenhaym, Hokkenhaymrinq |
25-27 avqust | Belçika | Spa |
1-3 sentyabr | İtaliya | Montsa |
15-17 sentyabr | Malayziya | Kuala Lumpur, Sepanq |
29 sentyabr-1 oktyabr | Sinqapur | Sinqapur, Marina Bey |
6-8 oktyabr | Yaponiya | Suzuka |
20-22 oktyabr | ABŞ | Ostin |
3-5 noyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
10-12 noyabr | Braziliya (*) | San Pulu, İnterlaqos |
24-26 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |
* – hələ təsdiq olunmayıb
www.yenicag.az