Azərbaycan öz iqtisadi və hərbi potensialına görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib.
Azərbaycan Respublikası regionlarının inkişafıölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb. Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq məqsədi ilə “İCMAL.AZ” ANALİTİK TƏHLİL MƏRKƏZİ Azərbaycan – Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə “İLİN REGİONU”nu və”İLİN BAŞÇISI”sorğusunu reallaşdırmaq niyyətindədirlər.
Bu barədə Saytımıza məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi: “Bu tip sorğular demək olar ki, dünyanın bütün inkişaf eləmiş ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. İCMAL.az və ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz regionlarda gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, regionlarımıza olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”
Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.azsaytında həyata keçirilir. Səsvermələrə 14 dekabrda dayandırılacaq və 15 dekabrda nəticələraçıqlanacaq. 1-ci yerdə qərarlaşan “İlin başçısı” nominasiyası üzrə, 2-ci yerdə qərarlaşan isə “İlin rayonu” nominasiyası üzrə qalib elan ediləcəkdir.
www.yenicag.az