!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklər ediləcək" - Rusiyanın müdafiə naziri hədəfi açıqladı

!Reklam – Yazi

Rusiya ordudakı əsgərlərin sayını 1,5 milyona çatdıracaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Nazirlik rəsmiləri ilə görüşdə Şoyqu qeyd edib ki, 2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklər ediləcək.

Şoyqu bildirib ki, dövlətin hərbi təhlükəsizliyini təmin etmək və Rusiya Federasiyasının yeni bölgələrini, mühüm obyektlərini qorumaq yalnız ordunun əsas struktur komponentlərini gücləndirməklə mümkündür.

Orduda “Moskva və Leninqrad” adlanan iki yeni strateji hərbi zonanın yaradılacağını qeyd edən Şoyqu, “Rusiya Federasiyasının yeni bölgələrində özünü təmin edən qoşunlar yaradılacaq”, – deyib.

Putin ötən il imzaladığı qərarla, 2023-cü ildən əsgər sayını 137 min artıraraq 1 milyon 150 min 623-ə çatdırıb.

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv