21 yaşlı azərbaycanlı tələbə faciəvi şəkildə dünyasını dəyişdi – FOTO
Şimali Kipr Türk Cümhuriyyətində təhsil alan həmyerlimiz Heydər Əliyev faciəvi şəkildə dünyasını dəyişib.
Yenicag.az azxeber.com-a istinadən xəbər verir ki. ölkəmizin aktiv gənclərindən olan 21 yaşlı Heydər Əliyev avtomobil qəzası nəticəsində vəfat edib.
Azərbaycan – Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, Kiprdə tələbə cəmiyyətində koordinatoru olan mərhumun nəşi bu gün ölkəmizə gətirilib.
Qeyd edək ki, mərhum Doğu Akdeniz Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət fakültəsinin tələbəsi idi.
Allah rəhmət eləsin.