Reklam

Reklam

bıçaqlanma6Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xaçmaz şəhəri Zeynəddin Babayev küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Hacıbalayev Kamran Teyyub oğlu xalası oğlu, 19 yaşlı Eldar və xalası Pəricahan Tamirova tərəfindən döyülüb. Dava zamanı E. Tamirov K. Hacıbalayevin kürək nahiyəsindən bir bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə Kamran Hacıbalayevin anası Bəturə Hacıbalayevanın gözləri qarşısında baş verib.

K. Hacıbalayev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupu yaradılıb. Hadisəni törədənlər Eldar Tamirov və Pəricahan Tamirova saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin motivləri araşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 133
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."