265 saylı bağçada DƏHŞƏTLİ HADİSƏ: Uşağın başına daş düşdü – YENİLƏNİB/FOTO

media-hightechnic-468x90

265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində xəsarət alan uşağın vəziyyəti  açıqlanıb.

Yenicag.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, hadisədən dərhal sonra tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Onun sözlərinə görə, bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib:

“Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb”.

***

Paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 265 saylı uşaq bağçasında xoşagəlməz hadisə baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, tavandan qopan iri daş parçaları musiqi zalına gələn uşağın üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan azyaşlı dərhal xəstəxanaya aparılıb.

Məlumata görə, valideynlər tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat-təchizat şöbəsinə dəfələrlə müraciət edilsə də, sözügedən problemin həlli istiqamətində heç bir tədbir görülməyib.

Qarşı tərəflə əlaqə saxlamağa çalışırıq.

Həmin görüntünü təqdim edirik:

media-whatsapp-gorsel-2025-09-17-saat-12-35-02_0e4e9ece

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa