Bakıdan Dəməşq və Təl-Əvivlə bağlı İNANILMAZ HƏMLƏ – “Qarşılıqlı güzəştlər vəd edilib”

media-hightechnic-468x90

“Çox güman ki, Dəməşqə hansısa qarşılıqlı güzəştlər vəd edilib və Bakıda bu mövzular müzakirə olunacaq”.

Bu iddiaları Yenicag.az-a açıqlamasında politoloq Kənan Rövşənoğlu irəli sürüb.

media-kenan4656

Politoloq Suriya və İsrailin gələn həftə Bakıda keçirilməsi gözlənilən təhlükəsizlik görüşü haqqında ilkin fikirlərini bildirib.

Onun sözlərinə görə, İsrailin Suriya ilə bağlı tələbləri açıqdır:

“Netanyahu hökuməti Dəməşqdən cənuba Suriya ərazilərində hərbi qüvvə, xüsusən də ağır texnika olmamasını, Süveyda vilayətində druzların qorunması, – bura muxtariyyət tələbləri də daxildir – habelə işğal edilmiş Suriya əraziləri ilə barışmaq və Şeyx (Hebron) dağındakı hərbi qüvvələrin qalması kimi şərtlər irəli sürür. Suriyada isə vəziyyət fərqlidir. Hazırkı Suriya hökuməti Qərblə barışmağa və dəstək almağa çalışdığı üçün İsraillə dil tapmağa çalışır. Lakin İsrailin şərtləri elədir ki, bunları qəbul eləmək faktiki olaraq işğalla barışmaqdır”.

K. Rövşənoğlu rəsmi Suriyanın hazırkı mərhələdə təhlükəsizlik və Avropadan dəstək gözləməsi məsələsini masaya qoyacaq:

“Yeni Dəməşq hökuməti isə mövcud şərtlər daxilində qarşılıqlı güzəştə əsaslanan barışıq istəyir, daha doğrusu, bunu həm mövcud hərbi-siyasi şərait, həm də Vaşinqton və Avropa İttifaqı tələb edir. Bu səbəbdən də Dəməşq hökuməti İsraillə danışıqlara gedir, çünki ümid edir ki, hansısa formada razılaşma əldə etmək mümkün olacaq. Çünki indi Suriyanın İsrailə qarşı müqavimət göstərmək üçün yetərli hərbi gücü, silah və texnikası yoxdur. Üstəlik, daxildəki separatçı regionlar – kürdlər, druzlar və keçmiş rejim qalıqları və nəhayət, iqtisadi vəziyyət Dəməşq hökumətini İsraillə danışıqlara sövq edir”.

Politoloq Suriyanın Bakı görüşündə hansısa vədlər aldığını diqqətə çatdırıb:

“Çox güman ki, Dəməşqə hansısa qarşılıqlı güzəştlər vəd edilib və Bakıda bu mövzular müzakirə olunur. Avqust ayında Əhməd əş-Şaraa bəyan etdi ki, onlar indiki şərtlərdə “İbrahim razılaşmaları”na qoşulmayacaqlar, üstəlik, işğalla barışmaq istəmirlər, lakin qarşılıqlı güzəştə hazırdırlar. Bu mənada, çox ciddi nəticələr olmasa da, Bakı danışıqlarında müəyyən yaxınlaşma olması ehtimalı vardır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa