“Qarabağ” Çempionlar Liqasında “Barselona”nın nailiyyətini təkrarladı

media-hightechnic-468x90

“Qarabağ” UEFA Çempionlar Liqasında İspaniya təmsilçisi “Barselona”nın nailiyyətini təkrarlayıb.

Yenicag.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Benfika” 2025-ci ilədək heç vaxt qitənin bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu matçı uduzmayıb.

Lissabon komandası artıq cari ildə iki dəfə bu aqibəti yaşayıb. Portuqaliya təmsilçisi ilin əvvəlində, “Barselona” ilə Liqa mərhələsinin VII turunun matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib – 4:5.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə üstələyib. Meydan sahibləri 30-cu dəqiqəyədək 2:0 hesabı ilə üstün olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa