Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 15 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 7,1 milyon manat olub.
Bu barədə Yenicag.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə real ifadədə 15,4 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub. Bu, ümumi dövriyyənin 58 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 % artaraq 1 milyard 495,9 milyon manat olub./report