Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşdı

media-hightechnic-468x90

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı – Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov 11 il müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.

İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi – Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. Məhkəmə müttəhim Fuad Məmmədovun oğlunu hüququ varisi kimi tanıyıb.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub.

Onun Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

F.Məmmədov 2020-ci ildə vəfat edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05