!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“28 May” bağlanacaq

!Reklam – Yazi

55661Bakı Metropolitenində yeni xətlərin tikilməsi ilə əlaqədar olaraq 3 il sonra “28 May” stansiyası sərnişinlərin üzünə bağlı olacaq. 

Metropolitendə yaşıl xətlə qırmızı xəttin ayrılması üçün plan artıq hazırlanıb. Planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanılıb. İşlərin icrasına isə yaxın günlərdə başlanılacaq. İşlər ümumilikdə 38 ay ərzində həyata keçiriləcək. İki böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. Təmir işlər mərhələli şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış “28 May” stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq. İş başa çatanda “28 May” və “Dərnəgül” xəttində interval 2 dəqiqə olacaq.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev dediyinə görə, əvvəl stansiyalar bağlananda həmin stansiyadan qatar keçirdi. Amma “28 May” stansiyası bağlananda oradan qatar keçməyəcək. 

Qeyd edək ki, “28 May” stansiyası 5 həftə bağlı qalacaq.

(anspress.com)

 

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv