“28 May”da qatar gənc oğlanı vurub

media-hightechnic-468x90

1366781035_metro_bakiMetronun “28 May” stansiyasında gənc oğlanı qatar vurub.

Hadisə dünən axşasm saat 18:32 radələribndə baş verib. Belə ki, 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 May” stansiyasında olarkən baş nahiyəsi Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqonun güzgüsünə dəyib.

Onun aldğı xəsarət ağır olduğundan huşunu itirib. Dərhal hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. İ.Hüseynov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 May” stansiyasında olarkən Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən 41 saylı qatarın arxa vaqon güzgüsünə dəyib.

O, təhlükəsizlik xəttini keçdiyi üçün hadisə baş verib. İ. Hüseynov əlində olduğu mobil telfonla başını aşağı salıb məşğul olarkən fikiri yayınıb və təhlükəsizlik xətdən irəli çıxıb. Nəticədə də qatarın güzgüsü onun baş nahiyəsini yaralayıb.

Qurum rəsmisi bir daha hadisənin sərnişin ehtiyatsızlığından baş verdiyi bildirib. N.Paşayev belə hadisələrin təkrarlanmaması üçün sərnişinləri stansiyalarda ehtiyatlı olmağa çağırıb: “Belə hadisələr dəfələrlə baş verib. Ehtiyatsızlıq ucbatından qatar relsinin üzərinə düşən sərnişinlərdə olur. Son anda Metropoliten işçiləri onların həyatlarını xilas etməli olurlar”. (a24.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600