Sosial şəbəkələrdə 28 May küçəsində taksi dayanacağının ləğv olunduğu ilə bağlı görüntülər yayılıb. Videoda ərazidəki taksi dayanacağında avtobus zolağı çəkildiyi, bunun isə küçəni iflic vəziyyətə gətirdiyi qeyd olunub.
Məsələ ilə bağlı AYNA-dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi dayanacağının ləğv olunması infrastruktur işləri ilə əlaqədardır.
“Sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb. Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib”, – qurumdan bildirilib.
www.yenicag.az