Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi
Venesuelada 24 iyunda axşam baş verən iki ardıcıl güclü zəlzələ nəticəsində həlak olanların sayı 5546 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriges Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, zəlzələ zamanı 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856-sı ciddi zədələnib.













