3 milyondan çox miqrant imtahan verəcək
Bu il Rusiyada yaşayan 3 milyondan çox miqrant rus dili və tarixi, hüququn əsasları üzrə imtahan verəcək.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Rusiya Federal Miqrasiya Xidmətinin yaydığı məlumata görə, bu ilin yanvarından qüvvəyə minən yeni miqrasiya qanununa əsasən, ixtisaslaşmış mütəxəssislər istisna olmaqla, iş icazəsi, müvəqqəti yaşayış və ya oturma icazəsi almaq istəyən əcnəbilər rus dilini, ölkənin tarixini və hüququn əsaslarını bilməli olacaqlar.
Bu ilki imtahanlardan iştirak edəcək miqrant sayı isə 3,4 milyon göstərilir.