3 nəfərin meyiti EVDƏN TAPILDI – DƏHŞƏTLİ QƏTL

media-hightechnic-468x90

Almaniyanın Bavariya əyalətində yerləşən Zvizel qəsəbəsində bir mənzildə üç nəfərin meyiti aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Bavariya polisi yayıb.

Bildirilir ki, Avstriyanın Linz şəhərində 37 yaşlı bir kişi polisə gedərək Bavariyada üç nəfəri öldürdüyünü etiraf edib. Avstriya polisi dərhal Almaniyadakı həmkarları ilə əlaqə saxlayaraq birgə əməliyyat keçirib. Həmin şəxsin göstərdiyi ünvana baxış zamanı üç nəfərin cansız bədəni aşkarlanıb.

Cinayəti törətdiyini etiraf edən və hazırda Avstriyada nəzarətə götürülən şəxsin Almaniyaya ekstradisiyası gözlənilir. Hazırda Deggendorf Prokurorluğu və Deggendorf Cinayət Tədqiqat İdarəsi hadisənin motivini və digər detallarını araşdırır.

Hazırda nə öldürülənlərin, nə də şübhəlinin şəxsiyyəti açıqlanmayıb. Onların bir-biri ilə əlaqəsi və cinayətin səbəbi isə hələlik məlum deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600