Qarabağ Zəfərindən rəqəmsal dövlətə: Azərbaycanın inkişaf modelində yeni strateji mərhələ
Azərbaycan dövlətçilik tarixi fundamental, geri dönməz və strateji baxımdan yeni bir intibah mərhələsinin astanasındadır.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi sadəcə inzibati bir strukturun fəaliyyətə başlaması deyil, həmçinin XXI əsrin qlobal çağırışlarına, texnoloji rəqabətə və geosiyasi sarsıntılara verilən milli, qətiyyətli, o cümlədən elmi əsaslara söykənən cavabdır. Bu tarixi iclas, rəqəmsal idarəetmə modelimizin ana prinsiplərini müəyyən etməklə yanaşı, AzərbaycanRespublikasının hər bir vətəndaşının həyatına birbaşa toxunacaq böyük texnoloji sıçrayışın dövlət səviyyəsində elan olunmuş manifestidir.
Bu çərçivədə verilə biləcək ilk məntiqli sual: Qlobal rəqabətdə yeni cəbhə niyə məhz indi açılır?
“Nəyi, necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən və bu deyimini bütün müstəvilərdə tarixin sınağından keçirən ölkə Prezidentinin zaman seçimi yenə də mükəmməl və səsləndirilən suala cavab da birmənalıdır. Bu gün dünyada real gücün ölçüləri artıq neft və qaz ehtiyatları deyil, verilənlərin (böyük data massivlərinin) idarə olunması sürəti və süni intellekt alqoritmləridir. Birinci vitse-prezident Mehriban Əliyevanın strateji baxışı məhz bu reallığa əsaslanır: Azərbaycan qlobal rəqəmsal inqilabın sadəcə istehlakçısı deyil, eləcə də fəal qurucusu və idarəedicisi olmalıdır. Şuranın ilk iclasında ortaya qoyulan analitik mənzərə göstərir ki, pərakəndə rəqəmsallaşma dövrü artıq başa çatıb və yeni inkişaf mərhələsinə daxil olub. Müxtəlif dövlət qurumlarının daxili elektron xidmətləri artıq vahid, monolit və bir-birinə mükəmməl şəkildə inteqrasiya olunmuş ekosistemdə birləşməlidir. Bu vahid koordinasiya bürokratiyanın kökünü kəsmək, şəffaflığı mütləq səviyyəyə çatdırmaq və vətəndaş-dövlət münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün yeganə yoldur.
Həmçinin Dövlət idarəçiliyi nəzəriyyəsində “silo effekti” – qurumların ayrı-ayrı işləməsi rəqəmsal transformasiyanın əsas əngəlidir. Prezident İlham Əliyevin rəqəmsal inkişafı “Milli Prioritet” elan etməsi bu boşluğu aradan qaldırmaq üçün ali koordinasiya orqanının – Rəqəmsal İnkişaf Şurasının yaradılmasını zəruri edib. Şuranın dövlətin rəqəmsallaşması, innnovasiya ekosisteminin qurulması, süni intellektin tətbiqi və kibertəhlükəsizliyin təmin edilməsini nəzərdə tutan dörd ölçülü gündəliyi şəffaf vətəndaşyönümlü dövlətin dayaqlarının möhkəmləndirilməsini, rəqəmsal iqtisadiyyatın qurulmasını, qərarların proqnozlaşdırılmasını, milli təhlükəsizliyin yeni çağırışlara uyğunlaşdırılımasını hədəfləyir. Bu hədəflərə çatmaq üçün institusional mexanizmlər kimi qurumlararası məlumat mübadiləsi, vahid bulud, startap fondu, vergi güzəştləri, texnoparklar, böyük verilənlər mərkəzi, dövlət AI platforması, həmçininMilli Kiber Mərkəz və kritik infrastrukturun qorunması müəyyənləşdirilib. Gözlənilən ilkin dividendlər inzibati xərclərin 20-30% azalması, qeyri-neft ixracında texnoloji məhsulların payının artması, siyasi səmərəliliyin yüksəlməsi, risklərin idarəolunması və investisiya cəlbediciliyidir. Görünən odur ki, Şuranın gündəliyi “texnologiya üçün texnologiya” yanaşmasına əsasən formalaşdırılmayıb. Bu, Prezidentin iqtisadi artım, üstəgəl idarəetmə səmərəliliyi və təhlükəsizlik üçlüyünü vahid platformada birləşdirmək strategiyasıdır.
Müzəffər Lider İlham Əliyevin Strateji Memarlığı: Neft Kapitalından Rəqəmsal Gücə
Bu gün Azərbaycanın rəqəmsal sahədə atdığı hər bir addımın, əldə etdiyi hər bir uğurun arxasında Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsi və sarsılmaz strateji xətti dayanır. Ölkə başçısı hələ illər öncə bəyan etmişdi ki, iqtisadi müstəqillik milli müstəqilliyin təməlidir, iqtisadiyyatın gələcəyi isə innovasiyalardan və intellektual resurslardan asılıdır. Məhz cənab Prezidentin rəhbərliyi ilə neft kapitalı uğurla insan kapitalına çevrildi, ölkədə kosmik sənaye quruldu, nəhəng regional infrastruktur layihələri icra olundu.
Prezident İlham Əliyevin bu ilin fevral ayında imzaladığı fərmanla Rəqəmsal İnkişaf Şurasını yaratması və bu quruma rəhbərliyi Birinci vitse-prezident Mehriban Əliyevaya həvalə etməsi dövlətin rəqəmsal transformasiyaya verdiyi ali səviyyəli yanaşmanın bariz nümunəsidir. Cənab Prezidentin formalaşdırdığı strateji hədəf aydındır: Azərbaycan qlobal rəqəmsal sivilizasiyanın sadəcə bir parçası deyil, öz şərtlərini diktə edən müstəqil subyekti olmalıdır. Şura məhz bu ali iradənin praktiki icra mexanizmi kimi çıxış edir. Bu prosesdə Şuranın sədri Mehriban Əliyevanın da strateji rolu diqqət çəkir və texnokratik yanaşmadan sosial yanaşmaya keçidin göstəricisi kimi dəyərləndirilməlidir. Rəqəmsal İnkişaf Şurasına Birinci vitse-prezident Mehriban Əliyevanın sədrlik etməsi həm də Prezident İlham Əliyevin “Azərbaycanın inkişafının əsas məqsədi insan kapitalına investisiyadır” tezisinin institusional təcəssümüdür. Əslində, Mehriban Əliyevanın rəhbərliyi Şuranın fəaliyyətinə 3 səviyyədə yeni məzmun qatır. Makro səviyyə rəqəmsal siyasətin legitimliyində özünü biruzə verir. Belə ki, cəmiyyət texnologiyanı təhlükə deyil, imkan kimi qəbul edir. Mezo səviyyə sektorlararası körpü ilə səciyyələnir. Bu isə özlüyündə təhsil, səhiyyə, mədəniyyət vərəqəmsal infrastrukturun inteqrasiyası kimi anlaşılmalıdır. Nəticə etibarilə, bu da mikro səviyyədə vətəndaş təcrübəsini qabardır. Elektron xidmətlərin təkcə sürətli deyil, həm də inklüziv və əlçatan olması nəzərdə tutulur. Təhsildə AI əsaslı fərdi təlim platformaları, səhiyyədə elektron resept sisteminin genişləndirilməsi məhz bu yanaşmanın nəticəsidir. Beləliklə, Mehriban Əliyeva rəqəmsal transformasiyanı “texnoloji layihə” olmaqdan çıxarıb “sosial müqavilə” səviyyəsinə qaldırır. Ölkədə güclü siyasi iradə və mərkəzləşdirilmiş qərarvermə sisteminin olması, Qarabağda isə “yaşıl sahə” üstünlüyü bu prosesin uğurunun sığortasıdır. Bu çərçivədə riskləri minimallaşdırmaq üçün Şuranın fəaliyyətində 3 prinsip prioritet olmalıdır:
1) Açıq məlumat; 2) Dövlət-özəl-elmi tərəfdaşlıq; 3) Davamlı monitorinq.
Zəfərin Rəqəmsal Davamı: “Ağıllı” Qayıdış və Azad Qarabağ
Sözsüz ki, Azərbaycanın rəqəmsal inkişaf strategiyası tarixi Qarabağ Qələbəsindən ayrı düşünülə bilməz. Biz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında təkcə qəhrəman əsgərlərimizin rəşadəti ilə deyil, habelə 5-ci nəsil texnologiyaların, pilotsuz uçuş aparatlarının və şəbəkə mərkəzli döyüş sistemlərinin sintezi olan rəqəmsal hərbi üstünlüklə qalib gəldik. Biz döyüş meydanında həm də rəqəmsal əsrə tam hazır olduğumuzu sübut etdik.
Bu gün isə ordumuzun və xalqımızın qanı ilə qazanılmış o şanlı Zəfər mülki sahəyə – işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasına transfer olunur. Mehriban Əliyevanın rəhbərlik etdiyi Şuranın ilk iclasında ortaya qoyulan hədəflər bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun rəqəmsal intibahını birbaşa tənzimləyir. Dağıdılmış şəhərlərimizin yerində sürətlə yüksələn “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) layihələri, rəqəmsal kənd təsərrüfatı və yaşıl enerji zonaları rəqəmsal inkişafın ən parlaq vitrinidir. Mütəxəxssislərin də yekdilliklə vurğuladıqları kimi, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri klassik bərpa modelindən fərqlənir. Burada 4 texnoloji-institusional inteqrasiya müşahidə olunur. Azərbaycan modelinin üstünlükləri infrastruktur quruculuğunda rəqəmsal əkiz üstagəl yaşıl enerjiyə fokuslanma, idarəetmədə məlumat əsaslı, şəffaflıq komponentinin gücləndirilməsi, iqtisadiyyatda aqrotex, logistika, 4.0 turizmə istiqamətlənmə və təhlükəsizlikdə kiber, fiziki, ekoloji elementlərin işlənməsindədir. Nəticə etibarilə vurğulamağa əsas var ki, Qarabağ təkcə region deyil, ölkə üzrə miqyaslana biləcək “yeni idarəetmə DNA-sı”nın sınaq platformasına çevrilir. Prezidentin “Azərbaycan öz gələcəyini innovasiyalar və yüksək texnologiyalar əsasında qurmalıdır” fikri bu modelin ideoloji əsasını təşkil edir. Qarabağdakı bu müasir infrastruktur, ölkə rəhbərliyinin bütün Azərbaycanda qurmaq istədiyi tam rəqəmsallaşmış gələcəyin fundamental sınaq meydanıdır.
Rəqəmsal İnkişaf Şurasının bu ilk iclası vasitəsilə Azərbaycan dövləti həm cəmiyyətə, həm də qlobal birliyə son dərəcə kəsərli və aydın ismarıclar ünvanladı.
Cəmiyyətə verilən mesaj ondan ibarət idi ki, “Rəqəmsallaşma texnologiya xatirinə deyil, vətəndaşın rifahı və sosial ədalət üçündür.” Dövlətin əsas qayğısı texnologiyanı hər bir vətəndaş üçün əlçatan etmək, insan-məmur təmasını sıfıra endirməklə bürokratiya və korrupsiyanı tamamilə aradan qaldırmaqdır. Bu məqamda innovasiyalar bərabər imkanlar mühiti yaradaraq ictimai məmnuniyyətin əsas təminatçısı olmalıdır.
Qlobal müstəvidə bəyan edilən əsas strateji mesaj isə daha konkretdir: “Azərbaycan rəqəmsal əsrdə öz suverenliyini qorumağa qadir müstəqil gücdür.” Rəsmi Bakı qlobal güclərə mövqeyini vəiradəsini aydın şəkildə translyasiya edir: Azərbaycan xarici texnoloji asılılığı qəbul etmir. Biz öz milli “Süni İntellekt Strategiyamız”, güclü kibertəhlükəsizlik qalxanımız və yerli intellektual resurslarımızla qlobal arenada asılı tərəf deyil, rəqabətədavamlı, etibarlı tərəfdaş və regionun əsas texnoloji mərkəzi, habıyıq.
Konturları və hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirilən rəqəmsal inkişaf strategiyası üç sütun üzərində qurulub. Bunlar intellekt, təhlükəsizlik və iqtisadiyyatdır. Birinci vitse-prezidentin rəhbərliyi ilə Şuranın müəyyənləşdirdiyi “2026–2028-ci illər üçün Fəaliyyət Planı” da sözügedən sütunlara dayanaraq üç prioritetistiqamətdə qətiyyətlə irəliləyir. Birinci istiqamət süni intellekt və milli dəyərləri ehtiva edir. Heç kimə sirr deyil ki, süni intellekt artıq gələcəyin mövzusu deyil, bu günün idarəetmə alətidir. Lakin bu alqoritmlər tətbiq edilərkən, milli-mənəvi dəyərlərimizin, dövlət dilimizin qorunması və millimaraqlarımıza xidmət etməsi mütləq şəkildə təmin olunmalıdır.
İkinci vacib məqam milli kiberməkanın qorunması ilə bağlıdır. Sərhədlərin rəqəmsallaşdığı yeni dünyada milli təhlükəsizlik şəbəkədən başlayır. Bu fakt özlüyündə dövlət strukturları, strateji obyektlər və vətəndaşların fərdi məlumatlarının hər növ kiber təhdiddən unikal, milli müdafiə sistemləri ilə qorunmasını nəzərdə tutur.
Və nəhayət, innovativ sahibkarlıq və yeni iqtisadiyyat xəttinin gerçəkliyə transferi zamanı Şura yerli startap ekosisteminin inkişafı, İT mütəxəssislərinin yetişdirilməsi üçün misilsiz institusional, vergi və gömrük güzəştləri mexanizmlərinin işə salınmasını hədəfləyir. Məqsəd isə bəllidir: beynəlxalq brendlər yarada biləcək rəqəmsal nəslin formalaşdırılması.
Gələcəyin Rəqəmsal Azərbaycanının qlobal müstəvidə parlaması üçün dövlətin sarsılmaz iradəsiortaya qoyulub, Prezident səviyyəsində strateji hədəflər müəyyənləşdirilib, Birinci vitse-prezidentin rəhbərliyi ilə ən yüksək idarəetmə rıçaqları işə salınıb. Lakin bu böyük transformasiya yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin birgə milli hərəkatına çevrilməlidir. Bu kontekstdə qeyd etmək zəruridir ki, ənənəvi biznes üsullarından rəqəmsal platformalara keçid artıq bir seçim deyil, dövrün tələbi və ayaqda durma şərtidir. Dövlətin yaratdığı yeni şəffaf rəqəmsal infrastruktur və təşviqlər biznesinizi qlobal səviyyəyə qaldırmaq üçün ən böyük şansdır. Bu tarixi fürsəti qaçırmamaq orta statistik azərbaycanlıların hamısından necə deyərlər, “əlini daşın altına” qoymaq imkanını və borcunu dəyərləndirməyi tələb edir.
Eyni zamanda bu gün Rəqəmsal İnkişaf Şurasının açdığı böyük yol xüsusilə də gənclərin yolunu gözləyir, desək yanılmarıq. Çünki, süni intellekt, böyük verilənlər (big data) analitikası, kiber-müdafiə sahəsində qazanılacaq biliklər, innovativ ideyalar Azərbaycanın rəqəmsal cəbhədəki qələbələrinin rəhnidir.
Nəticə etibarilə aparılan təhlil qeyd etməyə əsas verir ki, Azərbaycanın postmüharibə modeli Prezident İlham Əliyevin strateji rəhbərliyi altında formalaşan “Qalib xalq – güclü dövlət – rəqəmsal gələcək” paradigmasının praktik icrasıdır. Bu modelin institusional dayağı isə Rəqəmsal İnkişaf Şurasıdır. Şuranın Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə formalaşdırdığı gündəlik rəqəmsal inkişafı məqsəddən vasitəyə çevirir – dövlət idarəçiliyinin səmərəliliyini, iqtisadi rəqabətqabiliyyətini və sosial rifahı artırmağa yönəlik vasitəyə.
Bu sırada vurğulamağa və altını cızmağa əsas var ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik ideyalarından güc alan bu böyük rəqəmsal strategiya, Prezident İlham Əliyevin sarsılmaz liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa rəhbərliyi altında rəqəmsal cəbhədə də bizə yeni Zəfərlər qazandıracaqdır. Hazırda Azərbaycan nəinkiöz torpaqlarını azad edən güc, eyni zamandagələcəyin rəqəmsal dünyasına istiqamət verən intellektual lider kimi yeni tarix yazır. Uğurlu gələcək bu gündən başlanır və o gələcək rəqəmsal olacaq!
Ziyafət Həbibova
Siyasi elmlər doktoru, professor
Yəhya Babanlı
Tarix elmləri üzrə fəlsəfə doktoru, professor













