3 uşaq anası İTKİN DÜŞDÜ

Bərdə rayonunda ailəli qadın itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun İmanqulubəyli kəndində qeydə alınıb. kənd sakini, 1993-ci il təvəllüdlü Xalidə Məmmədova yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və bir daha geri qayıtmayıb.

X. Məmmədova üç uşaq anasıdır.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.