Yevlaxda yanğın baş verdi: Şəhid anası həlak oldu

media-hightechnic-468x90

Yevlaxda yanğın hadisəsi baş verib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi, bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan dörd otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri – Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar.

Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısı olublar.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa