Qubada yük avtomobili avtobusla toqquşdu: Ölən var

media-hightechnic-468x90

Quba rayonu ərazisində yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində bir nəfər ölüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Vəlvələ kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində “Ford” markalı yük maşınının sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olub. Sürücü maşından çıxarılaraq xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05