!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miqyası böyüyən autizmin QARŞISININ ALINMASI: “Gec başlayan müailicənin effekti...”

!Reklam – Yazi

“Valideyn həkimə vaxtında müraciət edərsə, xəstəliyin ağırlaşmasının qarşısını daha rahat almaq olar”.

Bu fikirləri autizm xəstəliyinin əlamətləri və müalicəsi haqda danışan nevropatoloq Mehriban Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xəstəliklə əlaqədar həkimə gec müraciət edildikdə, aparılan müalicənin effekti zəif olur:

“Autizm xəstəliyi səbəbi bəlli olmayan nevropsixoloji inkişaf pozuntusudur. Bu xəstəlik uşaqlarda, əsasən, 2-3 yaşlarında başlayır. Onun əlamətləri bəzən 5-8 aylıq uşaqlarda da müşahidə olunur. Belə uşaqlar əgər səsli gülmürlərsə və göz təması qurmurlarsa, valideyn ləngimədən həkimə müraciət etməlidir. Ümumiyyətlə, valideyn övladını 1 yaşına qədər ildə iki dəfə nevropatoloji yoxlamadan keçirməlidir

2-3 yaşlı uşaqlarda autizmin əsas əlamətlərinə diqqət azlığı, jest və mimikalardan istifadə edə bilməmək, göz təması qurmamaq kimi hallar aiddir. Həmçinin belə uşaqlar adlarına qarşı reaksiya vermirlər, oyun oynamaq bacarıqları olmur, fikirlərini cəmləyə bilmirlər və hər hansı dəyişikliyi heç sevmirlər.

Autizm yalnız nitq problemi deyil, həm də sosial ünsiyyət bacarığının ləngiməsidir. Valideyn həkimə vaxtında müraciət edərsə, xəstəliyin ağırlaşmasının qarşısını daha rahat almaq olar.

Qeyd edək ki, autizmin əsas müalicəsi, psixo-pedaqojiterapiya ilə aparılır. Əgər uşaqda autizmlə yanaşı, hiperaktivlik, obsessiv-kompulsiv davranış pozuntuları və epilepsiya halları varsa, bu zaman müalicədə dərman terapiyası da tətbiq olunur”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv