“30-dan artıq məhkumun yaxın qohumu şəhid olub” – Nazirliyin idarə rəisi

media-hightechnic-468x90

“Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Malik Ələkbərov vurğulayıb ki, ötən il 30-dan artıq məhkumun yaxın qohumu şəhid olub:

“Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, 1 nəfərin isə oğlunun dəfn mərasiimində iştirak etməsi təmin olunub.

Ümumilikdə həmin şəxslərin cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə məssisəsinə köçürüləcəklər”.

Gülşən Şərif

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600