30 ilin FƏALİYYƏTSİZLİYİ – ATƏT Baş katibinə Bakıda nə DEYİLDİ?

media-hightechnic-468x90

“ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın hələ aylar əvvəl irəli sürdüyü haqlı və ədalətli tələblər bu gün beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun Bakıya səfəri zamanı bu məsələlərin də ciddi şəkildə müzakirə olunduğu ehtimal edilir. Prezident İlham Əliyev ölkəmizin qətiyyətli və sərt mövqeyini bir daha ATƏT-in Baş katibinin diqqətinə çatdırıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Analitik ATƏT-in Baş katibi Feridun Siniroğlunun Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirdiyi görüş, habelə rəsmi Bakının ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyini şərh edib.

Müsahibimiz xatırladıb ki, ATƏT sədri Bakıya gəlməzdən əvvəl Ermənistana da səfər etmiş, bu istiqamətdə İrəvanla müəyyən danışıqlar və təmaslar aparmışdır:

“Azərbaycanın bu məsələdəki tələbləri tamamilə haqlıdır və ədalətlidir. Çünki ATƏT-in Minsk qrupu adlı təsisat birbaşa olaraq Ermənistan və Azərbaycan arasında, yəni keçmiş münaqişə və xüsusilə də Qarabağ məsələsinin həllinə yönəlmiş bir qurum olmalı idi. Təəssüf ki, 30 ilə yaxın müddət ərzində Minsk qrupu məsələnin həllinə nail ola bilmədi. Daha dəqiq desək, problemi həll etmək əvəzinə münaqişəni dondurmağa və prosesi uzatmağa çalışdı”.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatların etməli olduğu işi özü yerinə yetirdi və öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi:

“Bu reallıqdan sonra, artıq heç bir funksionallığı olmayan və fəaliyyətsiz bir qurumun hüquqi baxımdan mövcudluğu qəbuledilməz və yolverilməzdir. Bu səbəbdən Azərbaycan haqlı olaraq Ermənistandan ATƏT-in Minsk qrupunun ləğvini qəbul etdiyini rəsmən bəyan etməsini tələb edir. Hesab edirəm ki, bu məsələ artıq həllini tapmaq üzrədir. Çünki ATƏT sədrinin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə bu məsələnin də Azərbaycanın istədiyi formada həll ediləcəyi gözlənilir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600