“30 min hektar neftlə çirklənmiş ərazi var”
“Bu gün Azərbaycanda 30 min hektara yaxın neftlə çirklənmiş ərazilər var. Bu bizim problemimiz deyil. Bu, bizim 200 il bəhrəsini görmədiyimiz prosesin nəticəsidir”. Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
H. Bağırov bildirib ki, Azərbaycan havaya istixana qazı buraxılışının 2030-cu ilə qədər 35 faiz azaltmağı öz üzərinə götürmək üçün iş aparır: “Azərbaycanda havaya adambaşına 5,4 ton karbon atılır. Ölkədə alternativ enerji məsələləri üzrə agentlik yaradılıb. Biz 2030-cu ilə 30 faiz enerjimizi yeniləşən mənbələrdən götürməyi gözləyirik”.
H. Bağırov qeyd edib ki, Azərbaycanda enerji vahidinin istehsalına yönəldilən yanacaq kəskin azalıb.