İran Hörmüz boğazının açılması üçün şərtlər irəli sürdü
Livanda atəşkəs əldə olunmayana və İran neftinin satışına qoyulan məhdudiyyətlər aradan qaldırılmayana qədər İran Hörmüz boğazını açmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Hörmüz boğazının açılması üçün mütləq şərtlər aşağıdakılardır: İranın xaricdəki dondurulmuş aktivlərinin blokdan çıxarılması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, blokadanın tamamilə qaldırılması və neft satışına icazələrin verilməsi.
Agentliyin həmsöhbəti əlavə edib ki, yalnız dəniz blokadasının qaldırılması akvatoriyanın açılması üçün kifayət edən şərt deyil.
Qeyd edək ki, iyunun 20-də İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı İsrailin ABŞ ilə bağlanmış memorandumu pozaraq, Livana qarşı təcavüzünü davam etdirməsi səbəbindən Tehran Hörmüz boğazını bağladığını bəyan edib.













