Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi
Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Əl-Bərkani Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.













