30 nəfər spirtli içkidən zəhərlənərək öldü

media-hightechnic-468x90

Rusiyanın müxtəlif vilayətlərində 30-a yaxın insan spirtli içkidən zəhərlənərək ölüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 50-dən çox insan xəstəxanaya yerləşdirilib ki, onların da əksəriyyətinin vəziyyəti ağırdır.

Ən çox ölüm halı isə Ulyanovsk vilayətində qeydə alınıb. “Cənab Sidr” adlı içkinin satıldığı bir sıra satış məntəqələrində içkiyə dair keyfiyyət sertifikatı, məhsulun təhlükəsizliyi haqqında bəyannamə və s. olmadığı aşkarlanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayətinin Məhkəmə Tibb Mərkəzi pərakəndə satıcılardan götürülmüş içki butulkalarındakı 14 nümunənin müayinəsinin nəticələrinə əsasən istehlakçıların həyatına və sağlamlığına təhlükə yaradan nisbətdə metanol və etil butirat qarışıqları aşkar edib.

//unikal.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600