30 sərnişin az qala kül olacaqdı- FOTO
Türkiyədə 30 səyahətçi dəhşətli faciənin bir addımlığından dönüb.
Yenicag.az xəbər verir ki, Van şəhərindən Bodruma səyahət edən içində 30 sərnişinin olduğu avtobus anidən alışmağa başlayıb. Qısa müddətdə alov avtobusu tam əhatəyə alıb. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.
Sərnişinlər iddia edir ki, yanğından öncə avtobusda mazut qoxusu hiss ediblər. Lakin olayın ciddiliyə varmayıblar. Yanğında xəsarət alan olmasa da, avtobusun yük yerində olan bütün əşyalar külə dönüb.