300 milyon dollarlıq əsər-Fotolar

media-hightechnic-468x90

gogenfgvbFransız rəssamı Pol Qoqenin “Toy nə vaxtdır?” əsəri rekord qiymətə satılıb.

Bu əsər indiyədək hərraclarda ən baha qiymətə satılan sənət əsəri kimi tarixə düşüb.

“The New York Times” nəşri yazır ki, 1892-ci ildə çəkilən sənət əsərində iki taitili qız təsvir edilib.

“Qatar Museums” təşkilatı tərəfindən alınan sənət əsərini İsveçrəli Rudolf Ştexelin öz şəxsi kolleksiyasında saxlayıbmış. O, bu əsərin satılması haqda faktı təsdiq edib.

Qeyd edək ki, bu rekord bundan öncə rəssam Pol Sezanın “Kart oyunçuları” əsərinə aid olub. Bu əsər 2011-ci ildə 250 milyon dollara satılıb.

1848-ci il iyun ayının 7-də anadan olan fransalı rəssam Pol Qoqen sağlığında çox yoxsul yaşayıb və çəkdiyi əsərlərə görə populyar olmayıb. 1903-cü ildə dünyasını dəyişən rəssamın sərgisi 3 il sonra 1906-cı ildə Paris şəhərində reallaşıb. Sərgiyə çıxarılan 227 rəsm əsəri o vaxt böyük marağa səbəb olub.

Yazıçı Somerset Moem Pol Qoqenin həyatı haqda roman yazıb. Romanda ingilis brokeri öz ailəsini, işini və evini buraxaraq rəssamlıqla məşğul olur.

Qoqenin adı Merkuridə bir kraterə verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600