33 min dollara “iPhone” aldı

82629 (1)Dünya ulduzlarının əksəriyyəti bədxərcliyi ilə seçilir.
Tanınan simalar ağılasığmaz miqdarda olan pulu əşyalara, geyimə xərcləyirlər.

 

 

 

Victoria Beckham 2011-ci ildə 24 nizam qızılla bəzədilmiş “iPhone” alıb. Aldığı telefonun qiyməti 33 min dollar təşkil edir.

Jay-Z və Beyonce 2011-ci ildə qızları Blue üçün svarovski daşlardan bəzədilmiş hamam vannası alıb. Vannanın qiyməti 5 min 200 dollar olduğu deyilir.

“Microsoft”un qurucularından Paul Allenin 17,1 trilyon dollarlıq sərvəti olduğu deyilir.

Paulun 2-ci Dünya Müharibəsindən qalma döyüş reaktivlərindən ibarət kolleksiyası var. Bu reaktivlərin qiyməti barədə məlumat verilmir.

Leydi Qaqa isə fövqəltəbii quvvələrə inandığı üçün 50 min dollara ruh dedektoru satın alıb.

Amerikanın pop ulduzu Keşa isə üzü və bədəni üçün istifadə etdiyi parıldıcı vəsaitlər üçün hər ay minlərlə dollar xərcləyir.

Paris Hilton isə 6 iti üçün 325 min dollar dəyərində ev alıb.

Charlize Theron 100 min dollar dəyərində 1500 brilliant işləməli əl çantası satın alıb.

Müğənni Celine Dion konsert zamanı göstərdiyi performansında istifadə ediləcək nəmləndirmə aləti üçün 2 milyon dollar xərcləyib.