Vaxtilə Fətullah Gülənin sözçüsü olan yazar Hüseyn Gülərcə, “Fəthullah Gülənin qarğış etməsindən sonra mənim üçün Xoca Əfəndi sifəti bitmişdir” deyib.
Yenicag.az xəbər verir ki, Bəyaz TV-də çıxış edən Hüseyn Gülercə Fətullah Gülən ilə əlaqədar maraqlı açıqlamalar verib. Hizmət hərəkatının artıq başqa yönə getdiyini və Gülənin illərdən bəri iddia olunanın əksinə hərəkət etdiyini vurğulayan Gülərcə “Güləni könüllərinə girib özünə bağladığı insanları bu savaşın içinə sürükləməyə haqqı yoxdur” söyləyib.
Onu ən çox təəssüfləndirənin 35 ildən bəri tanıdığı Güləndəki dəyişiklik olduğunu söyləyən Gülərcə, ‘Mən niyə ona artıq Xoca Əfəndi deyə bilmirəm? O qarğış səhnəsindən sonra mənim üçün Xoca Əfəndi deyə biri yoxdur” deyə vurğulayıb.
Herkul-dakı son çıxışlarındakı “tüpürün” ifadəsinin də bəddua etmədən öncəki Gülənə yaraşmadığını da vurğulayıb.
www.yenicag.az