Reklam

Reklam

545452Azərbaycanda “amerikançı qüvvə” dedikdə, ağıla ilk gələn müxalifətdir. Ölkə mediasını diqqətlə izlədikdə, ən çox ABŞ-a xidmət etməkdə ittiham olunan AXCP sədri Əli Kərimli və boş maket olan Milli Şuradır. Qəzet olaraq da, “Azadlıq” nəzərdə tutulur. Ancaq bir məsələ unudulur. AXCP sədri deyil, bütün cəbhəçilər amerikançı olsalar, nə olacaq ki? AXCP-nin cəmiyyətə təsir edəcək nəyi var? Qoy mən Əli Kərimlinin varidatını açıqlayım. 7-8 min saxta Facebook profili, 50-60 maaşı iqtidardan alıb, cəbhəçi kimi keçinən funksionerlər və 20-30 nəfər itmiş illərinin geri qayıtmayacağını görüb, hələ də nəsə olacağına ümid bəsləyən fədailər. Bu qədər… Və ya Milli Şura dedikləri maket və onun müavinlik psixologiyasından qurtula bilməyən lideri Cəmil bəy ABŞ-ın 1 nömrəli adamı olsa, nə olar? Bu insanların cəmiyyətə təsiri nə qədərdir ki, ABŞ-la əlaqəsi var deyə, ehtiyat edilməlidir.

Gerçəkdən ABŞ-ın Azərbaycandakı qolları ilə mübarizə aparılacaqsa, amerikan kültürünü yayanlarla, cəmiyyətdə dəyişiklik etmə gücündə olanlarla edilməlidir. Sən Əli Kərimliyə hücum edib, çoxdan amerikançı olmuş naziri və ya iş adamını müdafiə edəcəksənsə, incimə, bu mübarizədən heç nə olmaz!

Əli Kərimlinin sahib olduqlarını dedik. Ya amerikançı nazir, millət vəkili və iş adamlarının nələri var? Milyonluq şirkətlər… Minlərlə işçilər… Qoçu dəstələri… Dövlət içində nüfuzları…

Sizcə, 5-6 minlik saxta profil sahibinin çevriliş etməsi daha realdır, yoxsa dövlətin hesabına “mühafizə xidməti” deyə, maaşlı qoçu dəstələri saxlayan, milyon dollarlara hökm edən o nazir və dövlət şirkəti rəhbərləri? Və ya bir gecədə 10 min tələbəni bir araya yığa bilən və dövlətə “biz qarşısını almasaydıq, minlərlə məzunumuz ayağa qalxacaqdı” deyə meydan oxuyan “Çağ Öyrətim” rəhbərliyimi təhlükəlidir, yoxsa varlığı-yoxluğu bəlli olmayan Milli Şuramı?

***

EKREMKeçən yazımda qeyd etdim. Azərbaycan ABŞ adı ilə rəsmən şantaj olunur. Səbəb də sadədir. Adamlar illərdən bəri lobbi fəaliyyəti adı altında Azərbaycanı soyurlar. Bunun sənədi də var. Gülənin Türk Amerikan Alyansının üzvü Kemal Öksüzün Azərbaycan adına senatorlara nə zaman pul verdiyini amerikalıların özləri açıqladılar. Necə də olsa, bəzi məsələlərdə demokratdılar. Niyə filan məclisdə hansı sözü dediklərini deyirlər ki, başqaları da yaxınlaşsın. Yəni, senator məlumat verir ki, mənə filan təşkilat bu qədər qonorar ödədi, mən də onların yazdığı çıxışı səsləndirdim. Eyni ilə, Əhəd Abıyevin deputat olduğu zaman Milli Məclisin iclaslarının birində önünə qoyulan kağızı öz çıxışı kimi oxuduqdan sonra, “mənim fikrimə gəlincə” deyərək, əvvəlkilərin öz beyninin məhsulu olmadığını dediyi kimi…

Madam ABŞ-ın Azərbaycandakı emissarlarına qarşı mübarizə aparırsınız, o zaman sinəsində amerikan bayrağını şərəflə daşıyan Elnur Aslanov və komandasına nə üçün toxunulmur? Nə üçün “Amerika dünya gəmisinin kapitanıdır” deyən və ABŞ-ın düşmənini öz düşməni bilən Gülənin şirkətləri və məktəblərinə “gözün üstə qaşın var” deyilmir? Nə zamana qədər Qafqaz Universiteti amerikançılar üçün beyin mərkəzi olaraq davam edəcək? Nə zamana qədər TUSİAB və “İpək yolu” türk iş adamları adı altında ABŞ-ın emissarları olacaqlar? “Ölkəmizə sərmayə qoyan iş adamlarıymış” bunlar. İlk gəldikləri zamankı şəkillərini görməsək, inanacağıq. Azərbaycana gələrək, buranın imkanlarını və “qardaşlıq” nəğmələri oxuyaraq, önəmli insanlarla qohum olaraq, gücləndiklərindən xəbərimiz var…

Və o amerikançıları içinizdən atmadıqca, ABŞ-a xidmət edən nazirləri, deputatları, iş adamlarını zərərsizləşdirmədikcə, istənilən anti-amerikan siyasəti boşdur… Təsirsizdir və görüntü xarakteri daşıyır…

Madam inanmaqda çətinlik çəkirlər, bir zəhmət araşdırsınlar, ABŞ “Dünya Liderlik Məktəbləri”ndə kimləri hazırlayır? Kimlər onların “gənc liderlər” qruplarına aiddir? Ceyhun Osmanlı, Elnur Aslanov, Fərhad Məmmədovdan başqa hansı şəxslərin ABŞ-ın xüsusi institutları ilə əlaqələri var…

***

2Keçən yazımızda Vaşinqton üzərindən Azərbaycanın şantaj olunmasına diqqət çəkmişdim. “Vaşinqton Post”, “Nyu York Times” kimi qəzetlərlə gülənçilərin əlaqələrini yazdım. Bu dəfə hücum “Hürriyyət” üzərindən gəldi. “Hürriyyət”in Azərbaycana qarşı qərəzi zaman-zaman özünü göstərib. İllərdən bəri “Hürriyyət”in qərəzində heç şübhəsiz Azərbaycandan istədiyini ala bilməməsi yatır. Ancaq son məqalə onun boyunu aşır… Tolqa Tanış kimdir? Tolqa Tanış illərdən bəri ABŞ-da yaşayan və hər bazar “Hürriyyət”ə yazılar yazan birisidir. Ergenekon məsələsində göstərdiyi qəzetçilik məharətindən sonra hər kəsin diqqətini çəkən Tolqa Tanışın Gülən camaatı ilə yaxınlaşması da o zamandan başlayır. İndi biriləri “yenəmi Gülən” deyə, etiraz edəcəklər. Bir dəqiqə.

Deməli, Tolqa Tanış 2009-cu ildə Gülənin qaldığı malikanəyə gedib, “Hürriyyət” qəzetinə geniş reportaj yazdı. “Fətullah Gülənin Amerikadakı evi” başlıqlıreportaj bu cümlələrlə başlayırdı: “Həftə içi Fətullah Gülənin Pensilvaniyada qaldığı evə getdim”.  Ardınca səmimi söhbətlər başlayır. Xüsusilə,Gülənə xidmət edənlər ön plana çıxarılaraq…

Bu reportaj Tolqa Tanışın haqqında dəfələrlə müsbət yazı qələmə alan ODATV yazarlarını da təəccübləndirmişdi.

Yazarın “Gülənin, Manhattana 140 km uzaqlıqda, Saylorsburg qəsəbəsində yaşadığı kəndə “düşərgə” deyilir … Ancaq düşərgəyə girmək üçün mütləq görüş almaq lazımdır. Bunun üçün də, mütləq təqdimat istənilir.Düşərgə çox ciddi qorunur və təqdimatsız gələn heç kim buraxılmır. İcazəsi gələn Camaat idarəçiləri belə geri qaytarılır” sözlərinə yer verərək, onun necə daxil olmasına təəccüb etmişdilər. Çünki Gülənin qaldığı evə daxil olmaqla bərabər kimin bu məsələdə vasitəçi olması da önəmlidir. Nəzərə alsaq ki, Gülən ABŞ-da həm də məşhur CIA əməkdaşları Paul Hanze və Graham Fullerin təqdimatı ilə yaşayır, ağıllara başqa sual gəlmir. Camaat üzvü olmadan Pensilvaniyadakı villada bu qədər rahat dolaşmasına kim icazə verdi?

3Tolqa Tanışın sonrakı fəaliyyətlərini izlədikdə, elə müdafiə etdiyi Xədicə kimi amerikan maraqlarını qoruduğunu görmək olur. Xüsusilə, Ərdoğan ilə Gülən arasında savaş başladıqdan sonra Gülənin tərəfini seçən T.Tanışın kitabı haqqında fətullahçıların media imamı Əkrəm Dumanlı yazır: “POTUS VƏ BEYEFENDİ: “Hürriyyət”in Vaşinqton müxbiri Tolga Tanış, “Potus və Bəy-əfəndi” kitabıyla son bir neçə ildə rəngi tamamilə dəyişən Türkiyə-Amerika əlaqələrini müzakirə etmiş. Ağ Evdən və Türkiyədəki mənbələrdən əldə etdiyi kulis məlumatlarının yanında, tərəflər arası yazışmalar və bəzi başqa sənədlər də oxucuya çox məsələdən xəbər verir. Kitab çox yaxşı bir jurnalist çalışmasıdır. Daha indidən tarixə əhəmiyyətli qeydlər yazdı”. Göründüyü kimi, Əkrəm Dumanlı Xədicə üçün fədakarlıq edən Tolqa Tanışı göylərə qaldırmaqdadır. (Mənbə: http://www.zaman.com.tr/ekrem-dumanli/yobazlasma_2284923.html)

1Bunun qarşılığında Tolqa Tanış da Gülənin Pensilvaniyadakı sarayının qarşısında etiraz aksiyası keçirənlərlə bağlı xəbərini elə şəkildə qələmə verir ki, heç “Zaman” o ustalığı bacarmır.

Üstəlik, son dönəmdə Tolqa Tanış Vaşinqton üzərindən Camaatın istədiyi xəbərləri “Hürriyyət”ə servis etməkdədir. Ən son Suriyaya gedən TIRlar məsələsini “Cümhuriyyət”dən sonra “Hürriyyət”də Tolqa Tanışa yazdırmağı bacarması türk mediasının da diqqətindədir. Yəni, Tolqa Tanış da Xədicə kimi birilərinin hazırladığı yazıya imzasını qoyub. Türklər Tolqa Tanışa yaxşı bir ad da qoyublar: “Pensilvaniya bülbülü”.

4Bitmədi… Xəticə yazısı Tolqa Tanışın Azərbaycanla bağlı ilk yazısı da deyil. Bundan öncə 29 sentyabr 2013-cü ildə yazdığı “Azərilər də rahatsız” yazısında önəmli iki detay var. Biri yazının tarixi, digəri isə ona Türkiyə əleyhinə danışan, ancaq adının açıqlanmasını istəməyən “Əliyevə çox yaxın, Bakı hökumətinin ən güclü isimlərindən biri”nin Tolqa Tanışa Türkiyəni şikayət etməsi və Güləni tərifləməsi… (Mənbə: http://www.hurriyet.com.tr/yazarlar/24811626.asp)

5O tarixdə ABŞ-da kimlər vardı? Araşdırmaq uzun çəkmədi. Bir neçə gün öncə, Nyu Yorkda “Xəzər” Strateji İnstitutunun Beynəlxalq Forumu keçirilib. 25 sentyabr tarixində keçirilən bu konfransa Azərbaycandan xarici işlər naziri Elmar Məmmədyarov, sabiq dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Ceyhun Osmanlı və digərləri qatılıb.

1507874_10153593491885244_1083248703_nDeməli, o adının çəkilməsini istəməyib, Tolqa Tanışa “etibarlı mənbəlik” edən möhtərəmi bu üçlüyün içində axtarmalıyıq. Fətullahçıların Azərbaycandakı varlığından da dəqiq danışdığına görə, bizim ehtimalımıza görə, bu ya Elşad İskəndərov ya da Ceyhun Osmanlıdır. Ancaq istər hökumətdəki varlığına diqqət çəkilməsi, istərsə də, İŞİD məsələsindən də məlumatlı olması Elşad İskəndərovun üzərində daha çox dayanmağımıza səbəb olur.6

“Türkiyənin Yaxın Şərqdə bu qədər işin içinə girməsi, nə qədər doğrudur? Biz Türkiyəni bir Avropa ölkəsi olaraq görürük. Tamam, Afrikaya getmək yaxşı fikirdir bəlkə. Amma Ərəb coğrafiyası Türkiyə üçün çətindir. Baxın, Gülənçilər daha ağıllıdır. Heç Ərəb ölkələrində məktəb açırlarmı? Bizdə də 12 məktəbləri var. 12də sabitlədik. Elə bir Ortayol qurduq onlarla. Nəticədə bir tərəfimiz İran. Səudiyyənin də fəaliyyətləri var. Bir dini kəsim mütləq olmalıdır. O zaman biz də “beləsi olsun”, dedik”.

Bu sözləri Tolqa Tanışa deyən azərbaycanlı hökumət üzvüdür. Və açıq şəkildə Güləni dəstəklədiklərini də bəyan etməkdən çəkinməyib. Qısacası, sön dönəmlərdə adı “Pensilvaniya bülbülü” olaraq, anılan Tolqa Tanışa və digərlərinə hücum etməkdən öncə “ilana zəhər verən kərtənkələlərin başını əzmək lazımdır”. Tolqa olmayacaq, Olqa olacaq… Nə fərqi var ki, içəridəki fətullahçı amerikançı dəstəni təmizləmədikdən sonra…

 Aqil ƏLƏSGƏR

P.S. Bu arada Gülən liseylərinin qısa da olsa bağlanma məsələsində ABŞ-ın buradakı emissarlarının, xüsusilə Xədicə İsmayılın rolunu unutmamaq lazımdır. Nə də olsa, Pensilvaniya bu münasibətlə borclu qalmaq istəməyib…

121

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 146
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."