Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

4 il əvvəl ölən adamın adına radar cəriməsi gəldi - FOTO

Azərbaycanda 4 il əvvəl vəfat etmiş Mirzəquluzadə Elxan Balağa oğlu adına elektron protokol tərtib edilərək evinə göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı Zakirə Zakirqızı məlumat verib.

O, bu barədə qeyd edib: “Elxanın adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara “düşüb”. Sonra da idarə etdiyi “Nissan Patrol” maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt “Nissan Patrol” maşınımız olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür: birdən bu maşın kimisə vurub, öldürdü… Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək.

www.yenicag.az

7505
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM