!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 tələbəyə qarşı quldurluq edən keçmiş məhkumun məhkəmə işi

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (Bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Əsgərov Süleyman Bayram oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, əvvəllər məhkumluq həyatı yaşayan Süleyman Əsgərov Mədəniyyət və İncəsənət Universitetinin 4 tələbəsinə qarşı quldurluq edib. Məhkəmədə ilk olaraq Məhəmmədəli Namazov şahid qismində ifadə verərək qeyd edib ki, keçən il Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda oxuyarkən Əsgərov Süleyman Bayram oğlu onu parkda yanına çağırıb: “Əl uzatdı salamlaşdı, adımı, yaşımı soruşdu. Sonra keçdi pul məsələsinə. Dedi burda qohumum olan qızı döyüb 175 manat pulunu alıblar. Mən həmin şəxsi axtarıram, tapsam ona pis olacaq. Özüm 10 il həbsdə olmuşam. Sənin çantanı yoxlasam, əgər o pul oradan çıxsa sənin üçün pis olacaq. Dedim problem yoxdur, əlimi sıxdı, dedi kişi adamsan”./unikal

Digər şahid Punhan Quliyev də ifadə verərək bildirdi ki, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda oxuyur: “27 sentyabr 2023-cü ildə dərsdən çıxıb evə getmək istəyən zaman keçmiş qrup yoldaşım Əli Nuruzadəni gördüm, o dedi ki, dünən mənə parkda bıçaq çəkib 20 manatımı alıblar, ehtiyatlı il. Ondan ayrılıb metroya gedəndə daş pilləkənlərin yanında Süleymanı gördüm, mənə dedi ki, qohumumu döyüb pulunu alıblar. Sonra mənə dedi ki, üstündə nə qədər pulun var? Mən dedim sənin nəyinə lazımdır. O da dedi ki, niyə belə borzu-borzu danışırsan. Mən neçə il srok yatmışam, sənin üçün yaxşı olmaz. Bu vaxt arxadan qızla oğlan gəlirdi. Onları görüb mənimlə sağollaşdı. Mən bir az qabağa gedəndən sonra yadıma düşdü ki, Əliyə qarşı cinayət törədən bu adamdır. Dərhal Əlini tapdım, gedib dekanlığa dedik. Onlarda bizə dedi ki, həmin yolla getməyin, oradan mühafizəçiləri göndərəcəyik tapsınlar həmin adamı. Mən yenə keçiddən keçəndə Süleymanı gördüm, hətta mənimlə salamlaşdı da. Mən bunu universitetin mühafizəçilərinə deyəndə, onlar mənə dedilər ki, oranın universitetə aidiyyatı yoxdur. Biz məcbur qalıb Əli ilə gedib Yasamal RPİ-nin 27-ci polis bölməsinə şikayət etdik ki, belə bir adam tələbələrə hədə-qorxu gəlib pul alır”.

Məhkəmə prosesi sentyabr ayının 20-nə kimi təxirə salındı.

Qeyd edək ki, ötən ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib.

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv