!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“40 milyonluq Güney Azərbaycan bu gün İlham Əliyevin istənilən qərarını icra etməyə hazırdır” – RƏY

!Reklam – Yazi

“Türk dövlətlərinin Səmərqənd Zirvəsi bütöv Azərbaycan uğrunda hərəkatın başlanğıcı sayıla bilər”.

Bu fikirləri Quzey Azərbaycandan yetərli dəstək göstərilməyənə qədər Güney Azərbaycandakı prosesləri sürətləndirməyin problemli ola biləcəyinə dair fikirlərə münasibət bildirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütövləşməsi yönündə Quzeydə və Güneydə aparılan mübarizəni bir-birindən ayırmaq olmaz:

“Görünür, daha çox liberal düşüncəli ziyalılarda bu kimi fikirlər var. Biz onların düşüncəsinə hörmətlə yanaşaraq bildirmək istərdik ki, əslində, belə narahatlığa heç bir əsas yoxdur. Çünki türk dövlətlərinin Səmərqənd Zirvəsində hörmətli İlham Əliyevin açıqlamasına istinad edərək deyə bilərik ki, bütöv Azərbaycan hərəkatı artıq başlayıb.

Eyni zamanda, baş verən proseslərə Azərbaycanın Quzeyində və Güneyində ortaq münasibətin formalaşması da bu günün gerçəkliyidir. O da aydındır ki, Quzeydə və Güneydə qarşılıqlı razılaşdırma olmadan atılan addımların ümumi işimizə ziyan vurduğu da nəzərə alınmalıdır. Qərarların birgə qəbulu şərtdir. O baxımdan, Güneydəki milli hərəkat Quzeydəki siyasi güc mərkəzlərinin ortaq fikirlərini müzakirə edir, özəlliklə də Prezident İlham Əliyevin mövqeyini əsas götürürlər.

Ona görə ki, Azərbaycanımızın Güneyi bütöv Azərbaycan hərəkatının real lideri olaraq məhz İlham Əliyevi görür. Hazırda elə bir vəziyyət yaranıb ki, 40 milyonluq Güney Azərbaycan bu gün İlham Əliyevin istənilən qərarını icra etməyə hazırdır. Bu səbəbdən, qeyd olunan narahatlıq üçün heç bir səbəb görmürük, eyni zamanda, vəziyyətdən narazı olan soydaşlarımızın varlığı da müşahidə edilmir. Güneydəki milli hərəkat nə şahçılar, nə xalq mücahidləri, nə də ki daşlardakı eşkiyalarla heç bir əlaqəsi olmayan hərəkat kimi meydandadır və bu çərçivədə bir narahatlığımız olmamalıdır”.

A.Zeynalov

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv