Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

400 minlik toyu ilə gündəmə gələn Aysel boşanması haqda: "Özümdə deyiləm.."

400 min manatlıq toy etməsi ilə gündəmə gələn Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan boşanması barədə danışıb. 

Yenicag.az xəbər verir ki, Aysel Şükürova “Instagram”da hekayə bölümündə həyat yoldaşından boşanmasına belə reaksiya göstərib:

“Əsəblərim yerində deyil, xahiş edirəm heç kim mənə heç nə yazmasın. Onsuz da hər şeydən bezmişəm. Başımı işlərimlə qatıram. Üç oğlum var və onlar üçün yaşayıram. Nə qədər ömrüm qalıbsa, onlara vaxt ayıracam. Daha polemikalara girməyəcəm. Özümdə deyiləm, müalicə alıram. 27 yaşım var və həyatda hər şeyi özüm edirəm və edəcəm.. Bu mənim şəxsi həyatımdır və heç kimin dədəsinə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm, elə yaşayıram”.

Qeyd edək ki, A.Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q.Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.

www.yenicag.az

1844