42 nəfəri öldürən qatil tutuldu – Foto
Braziliya polisi Rio-de-Janeyroda 10 il ərzində 42 nəfəri öldürməkdə şübhəli bilinən şəxsi həbs ediblər.
Çərşənbə günü polis əməkdaşları Nova-İquasda qadını öldürməkdə şübhəli bilinən Seylson Xose das Qrasası saxlayıblar. O, törətdiyi cinayəti boynuna alıb. Seylson polislərə daha 37 qadını, 3 kişini və bir nəfər ikiyaşlı qızı öldürdüyünü etiraf edib.
“Globe” telekanalına müsahibə zamanı Seylson bildirib ki, ilk cinayətini 17 yaşı olanda törədib. Sonrakı 10 il ərzində “adrenalin”ə görə insanları öldürməyə davam edib. Seylsonun qurbanları əsasən, ağbəniz qadınlar olub. Seylson onları boğaraq öldürüb.
Ekspertlərin rəyinə görə, Qrasas KİV-lərin diqqətində olmağı sevən ruhi xəstədir.
Polis əməkdaşları artıq qatilin 4 qurbanının cəsədini tapıb. Axtarışlar davam etdirilir.