!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən onun, o da mənim qanımı içirik”-Foto

!Reklam – Yazi

307321Britaniyada yaşayan bu ərlə arvad real həyatda da vampir olduqlarını, qan içdikləri, gün ərzində yataraq gecələr aktiv həyat tərzi yaşadıqlarını bildirirlər.

Mançester şəhərinin sakinləri olan 53 yaşlı Vanian və onun xanımı, 27 yaşlı Eterial Darklar yaşamlarının qeyri-adi olduğunu etiraf etsələr də, əcaib həyat sürmədiklərini deyirlər.

Vanianla Eterialın sözlərinə görə, vampirlər bərədə yazılan, deyilən və göstərilənlərin əksəriyyəti həqiqətə uyğun deyil.

“Filmlər isə ümumiyyətlə, biabırçılıqdır. Məsələn, “Twilight” kinosaqası vampirlərlə bağlı uydurmalar və yalanlarla doludur. “True Blood” isə tam əksinə, yaxşı filmdir. Qan içməyimizə gəldikdə isə… Kimsəni tutub boğmur, öldürmürük. Zərurət yarananda mən onun, o da mənim qanımı içirik. Normal yaşamdır. Kimə mane oluruq ki?!” – Vanian Dark deyib.

Vanian Darkın sözlərinə görə, gündüzlər yatır, gecə həyatı yaşayırlar.

Eterial Dark isə söyləyir ki, onlar bəzən “Qara qu quşları” adlanan vampir dostlarının yardımlarından da istifadə edirlər: “Onlar bəzən könüllü olaraq bir-iki damla qanlarını bizə verirlər. Çox qan içmirik. Çünki qanı çox içəndə ürək bulanır, baş gicəllənir. Həftədə iki dəfə qan içirik. Ət yeməyi sevirik. Əsasən mal və qoyun əti yeyirik. Başqalarının qanını içmirik. Çünki bələd olmadığımız insanın qanında infeksiya və ya bakteriyalar ola bilər”.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv