!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

50 qəpiklik çaya görə 7 illik həbs olunacaq - FOTO

!Reklam – Yazi

Koka yarpaqlarından hazırlanan 50 qəpiklik çaya görə turisti narkotik qaçaqmalçılığı işi və 7 ilə qədər həbs gözləyir.

Yenicag.az xəbər verir ki, 46 yaşlı Yelena gecə saatlarında Kolumbiyadan qayıdırmış. Türkiyənin İstanbul gömrüyündə heç kim onun “suvenir”lərinə fikir verməyib. Lakin Pulkovo gömrükxanasında turist saxlanılıb.

İşçiləri “Aromatica de Coca” yazısı olan bir qutu bitki çayı maraqlandırıb. Ekspertiza təsdiq edib ki, içərisində ümumi çəkisi təxminən 12 qram olan koka kolu yarpaqları olub.

Turist çayı Boqotadakı suvenir dükanından 20 pesoya aldığını deyir, satıcı isə məhsulu sakitləşdirici kimi tərifləyib.

Narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işinin başlanması məsələsi həll edilir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv