!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulun mərkəzində minlərlə Azərbaycan bayrağı dalğalandırıldı

!Reklam – Yazi

11350433_10205766316429887_3490726654825618591_nBu gün İstanbulun Taksim meydanında Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun dəstəyi və ölkəmizin bir sıra aparıcı KİV-nin ( Yenicag.az, Aznews.az, Ölkə.az, Azxeber.com, Editor.az, Hocalihaber.com) təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş Azərbaycan stendi açılıb və bayraq aksiyası keçirilib. İstiqlal prospektindəki tarixi Qalatasaray liseyinin önündə baş tutan aksiya “Bayrağınla yüksəl Azərbaycan” şüarı ilə baş tutub.

Tədbirdə İstanbulda yaşayan tanınmış azərbaycanlılar, bu şəhərdə təhsil alan gənclər, iş adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə aksiyanın təşəbbüskarı, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər açaraq, Respublika gününün tarixçəsindən və müasir Azərbaycanın inkişaf mərhələlərindən danışıb.

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası başqan müavini Mətin Özər, “Qlobal Karyer” İnstitutunun direktoru Orxan Həsənoğlu, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, Hocalıhaber.com saytının baş redaktoru Kəbutər Haqverdi, tanınmış jurnalist Əfsələddin Ağalarov və digər qonaqlar çıxış edərək, tarixi günün əhəmiyyətindən, Azərbaycanla Türkiyə münasibətlərindən danışdılar.

Daha sonra minlərlə bayraq və Azərbaycanla həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Bakı 2015 I Avropa Oyunları ilə bağlı disk, kitab, broşura və bukletlər paylanılıb.

Qeyd edək ki, tədbir “Xalq City” MMC-nin dəstəyi ilə baş tutub.

Aksiyada İstanbul Azərbaycan Gənclər Platformu da iştirak edib.

11088345_10205999146210417_5129525505097316940_n 10690017_10205765583611567_2029480565483197431_n

549234_10205766321590016_5949003418165674424_n 10417542_10205766317669918_1676679322965136685_n 10690017_10205765583611567_2029480565483197431_n 11061676_10205766315069853_6055296482638600430_n (1) 11061676_10205766315069853_6055296482638600430_n 11181883_10205766319469963_5331373077634758730_n 11200778_10205766317749920_1398842582303893906_n 11222533_10205766320309984_2800909641364292721_n 11244715_10205766316629892_2572932100946773363_n 11329919_10205765930180231_7424637581618079987_n 11350433_10205766316429887_3490726654825618591_n 11351159_10205766315189856_2403508979939412190_n 11377313_10205766319109954_8774190392838016325_n 11377350_10205766320429987_8904302822619599569_n

 

 

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv