!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkəmizdə bu xainlərə arxa çıxanlar, onlarla ortaq çalışanlar var”

!Reklam – Yazi

photo_1991Bu sözləri açıqlamasında “Yeni Çağ” (www.yenicag.az) qəzetinin baş redaktoru, araşdırmaçı – yazar Aqil Ələsgər Fətullah Gülənə bağlı media quruluşlarının son günlər “ordu sivil xalqı vurdu” kimi xəbərlər verməsinin səbəbini açıqlayarkən bildirib.

O, bildirib ki, biz nə qədər “bunlar xaindir” desək də, xəyanətin fotoqrafını özləri ortaya qoyurlar: “Bir media qurumu necə öz dövlətinin ordusuna ləkə ata bilər? Faktiki olaraq, belə bir hal ortada yoxkən, Gülən medianın bu iftirası Türkiyə dövlətinə qarşı kin və nifrətdən irəli gəlir. Bu da ilk deyil. Gülənin tək tam olaraq ələ keçirə bilmədiyi qurum Türk ordusu olduğundan illərdən bəri qəhraman türk əsgəri barədə iftiralar yayır. Türk ordusunun son illərdə gətirilən müsibətlərin hamısında Gülən Terror Təşkilatının rolu var və mövcud hakimiyyət bu məsələdə daha da irəli getmədiyi üçün Gülən onları da devirməyə çalışmışdı. Bu faktlar üst-üstə qoyulduqda sözdə hizmət adamı olanların türk millətinə qarşı xəyanətin içində olduqlarını ortaya qoyur. Təəssüf ki, hələ də ölkəmizdə bu xainlərə arxa çıxanlar, onlarla ortaq çalışanlar var və bunlar heç də kiçik vəzifə sahibləri də deyillər. Bu gün türk ordusuna “Kandildə məsum vətəndaşları vurdu” iftirasını atan fətullahçılar sabah eyni addımı Azərbaycan ordusuna qarşı atarlar. Sivil vətəndaşın terror ocağında nə iti azıb ki, başına bombalar yağsın?! Hesab edirəm ki, bu xəyanəti türk xalqı Gülənə bağışlamayacaq. Yəni, Gülən mediası bu addımı ilə heç kimin ona edə bilmədiyini edib və əsl simasını ortaya qoyub. Bir daha göstərib ki, bu cameənin türk milləti ilə əlaqəsi yoxdur. Çünki Gülən mediası bu tip xəbəri nə amerikan, nə də ingilis ordusu haqqında yazmaz, ancaq düşmən olaraq gördüyü Türk ordusuna iftira atar”(reaksiya.az).

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv