Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ənvər Özərənin ortağı olduğu bankın maxenasiyaları ortaya çıxdı

 

page_erdogandan-gulene-sen-hoca-misin-banka-patronu-mu_059748880Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Bürosu (MASAK), Ankara Prokurorluğunun “Bank Asya” cinayəti işi ilə əlaqəli hesabat hazırlayıb.

Yenicag.az xəbər verir ki,  Maliyyə Cinayətlərinin Araşdırma Bürosu (MASAK) “Bank Asya” vasitəsilə Türkiyə xaricində Paralel Şəbəkəyə kredit adı ilə xeyli miqdarda pul köçürüldüyünü təsbit edib. Köçürmələr 2010-2013-cü ildə daha intesiv şəkil alıb.

Belə ki,  Fətullah Gülən Şəbəkəsi Türkiyə xaricindəki qollarına 3 il ərzində 40 milyon 248 min 211 dollar göndərib.

Qeyd edək ki, MASAK ekspertləri pul köçürmələrinin əsas məqsədinin anlaşılmaz olduğunu bildiriblər.

Yenicag.az sözügedən hesabatı təqdim edir:

“Ölkə xaricində yerləşən və əsasən təhsil verən bəzi qurumların 2010-2013-cü illər ərzində Türkiyədə qeydiyyata düşdüyü öyrənilib. Həmin qurumlara yüksək məbləğdə kreditlər verilib. Daha sonra həmin məbləğlər qurumların vəkillərinə göndərilib. ABŞ-a pul göndərən qurumlar “Gülənist Quruluş”, “Fətullah Gülən Məktəbi”, “Gülən Hərəkatı Məktəbi” olaraq qeyd edilir.

Xatırladaq ki, “Bank Asya”nın ortaqlarından biri Gülənin Azərbaycan imamı, “Çağ Öyrətim” Şirkətinin rəhbəri Ənvər Özərəndir.

www.yenicag.az

243