!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil ƏLƏSGƏR: Şəhidlər Xiyabanı ilə Azərbaycana verilən mesajın şifrələri…

!Reklam – Yazi

7fcf547305abİlham və Fərizəyə uzanan kirli əllər əsla avara işi deyil!

“Avaralar Şəhidlər Xiyabanında tərbiyyəsizlik edib”. Bu xiyabanı qorumaq, nəzarət etmək birbaşa vəzifəsi daşıyan şəxslərin mövqeyi budur. Məsələni bu qədər bəsitləşdirmək bəsit adamların işidir.

Əgər “20 Yanvar” Cəmiyyətinin əməkdaşları “Yəqin bu işi Facebooka qoyan şəxsin özü edib. Şəhidlər Xiyabanının xüsusi təhlükəsizliyə nəzarət edən qurumu yoxdur. Ərazidə post patrul xidmətlərinin əməkdaşları gəzişir. Onlar təhlkəsizliyə nəzarət edir. Bizim hadisədən xəbərimiz olmayıb” deyərək, yaxalarını kənara çəkirlərsə, orada başqa hadisələr də qaçınılmazdır…

Çünki Şəhidlər Xiyabanı Azərbaycanın məbədidir. Millətin məbəd deyə üz tutduğu, acısını qəlbində yaşatdığı yerdir Şəhidlər Xiyabanı…

İlham və Fərizə… Bu məbədin ortasındakı məbədgahdır, zirvəsidir…

“Dünyanı sevgi xilas edəcək” deyilir… Bax sevgi bəzən qaralan dünyadan sevginin arxasınca getməkdir…

Hamımız unudulacağıq…

Amma necə ki, Fərhad-Şirin, Leyli-Məcnun unudulmayıbsa, İlham-Fərizə də unudulmayacaqdır…

Bax elə bu səbəbdən kirli əllər İlham və Fərizəni seçib…

Bu əsla hansısa avaranın avanturist hərəkətidir…

Bu öncədən planlanmış, məqsədli şəkildə törədilmiş terrordur…

Terror sadəcə insanları öldürmək üçün törədilən partlayış deyil…

Bəzən terror millətin vicdanına, məbədinə qoyulur…

İlham və Fərizənin hədəf seçilməsindəki məqsəd də budur…

Düşmən bizə mesaj verdi:

Sizi məbədinizdən vurarıq…

Necə ki, vurdu…

Bu səbəbdən də hansısa avara axtarışına çıxmazdan öncə hadisələri analiz edək…

Son bir ayda nələr yaşadıq…

Cəbhədə nə baş verdi?

Prezidentlərin görüşməsində nələr oldu?

Və müdafiə naziri hansı açıqlamanı verdi?

Bütün bu sualların cavabını tapdıqda, məbədimizi kirlədən o əlləri tapmaq heç də çətin olmayacaq…

“Lazım gələrsə, İrəvanı dağıda bilərik” deyən nazirə “bax, sənin qulağının dibində nə oyunlardan çıxırıq” mesajıdır bu həm də…

Bəlkə də cəbhədə atəş səsləri kəsilib, amma savaş davam edir…

Onlar bizim kimi mövsumdən mövsumə qızışıb, sonra sönmürlər…

Hər an, hər dəqiqə bizə qarşı fəaliyyətlərini davam etdirirlər…

Biz 20 yanvarda Bakı şəhidlərini, 26 fevralda Xocalı soyqırımını, 31 martda 1918-ci il qətliamını yada salıb, lənətlər yağdırırıq. Sonra? Sonra hərə gedir öz işinin ardınca…

Bəs erməni? Erməni öz yalanına özünü inandırıb, il boyu qarışqa da bağışlasın, qarışqa kimi çalışırlar…

Mən heç də iddia etmirəm ki, Ermənistandan hansısa diversiya qrupu gəlib, Məbədimizə əl uzadıb.

Nə çoxdur içimizdə satqınlar, erməni südü əmmişlər…

Bir-ikisi içəridədir deyə, Azərbaycan ermənipərəstlərdən xilasmı oldu? Əsla!

Düşmən yatmır, yuxu bizim niyə halalımız olmalıdır?!

Qısacası, o kirli əllər Azərbaycana bir mesaj verdi…

Növbə bizimdir…

Qazaxdan İrəvana, o “soyqırım abidəsi”nə neçə kilometdir ki?..

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv