6 bal gücündə zəlzələ olub
İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.
Təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərzəqan şəhərinə təsadüf edib.
3,9 bal gücündə olan zəlzələ mayın 8-də Bakı vaxtı ilə saat 13:30-da yerin 11 km dərinliyində meydana gəlib. Təbii fəlakət Vərzəqandan 20 km, Əhərdən 22 km və Herisdən 30 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur. Hazırda ərazidə yeraltı təkanlar davam edir.
Qeyd edək ki, 2012-ci ilin avqustunda İranın Şərqi Azərbaycan vilayətinin Əhər, Vərziqan və Heris şəhərlərində 6 və 6,2 bal gücündə olmaqla iki güclü zəlzələ baş verib. Nəticədə rəsmi statistikaya əsasən, 358 nəfər həlak olub, 1380 nəfər yaralanıb, 430 kəndin 40-100%-i dağılıb(apa).