6 min abonent qazsız qalacaq

media-hightechnic-468x90

Avqustun 18-də Masallı rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Yenicag.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu müddət ərzində ümumilikdə 6 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa